Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 20:57

Amerikalı əsgər Talibanın əsirliyindədir


Pentaqon bu gün təsdiqləyib ki, iyunun 30-da Əfqanıstandakı bazasından yoxa çıxmış əsgəri əsir götürülüb. Bu bəyanatdan bir gün öncə Talibanın internet vasitəsilə yayımladığı video materialda həmin əsgərin görüntüləri olub.

Müdafiə Departamenti əsgərin adını da açıqlayıb – bu 23 yaşlı Bou R. Berqdahldır. Əsgərin ilkin olaraq kim tərəfindən ələ keçirildiyi məlum deyil, amma Əfqanıstandakı Amerika komandasından deyiblər ki, o, Talibanın əsirliyindədir və əsgərin göstərildiyi videonun yayılması beynəlxalq qanuna ziddir.

XS
SM
MD
LG