Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Həmasla Fəth avqustun 25-dən sonra görüşəcək


Fələstindəki rəqib Həmas və Fət qrupları milli birlik hökuməti yaradılmasıyla bağlı danışıqları avqustun 25-dək təxirə salıblar.

DPA agentliyinin məlumatına görə hər iki tərəf, o cümlədən misirli vasitəçilər növbəti görüşü Fəth hərəkatının baş assambleyasının avqustun 4-də keçiriləcək iclasından sonra keçirmək qərarına gəliblər.

Bundan əvvəl görüşün iyulun 25-də Qahirədə keçirilməsi nəzərdə tutulmuşdu.

Hazırda Qəzzə bölməsi Həmasın, İordan çayının qərb sahili isə prezident Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatının nəzarətindədi.
XS
SM
MD
LG