Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:58

AB üçlüyünün Azərbaycana səfəri başlayır


İyulun 19-da Avropa Birliyi (AB) üçlüyünün Azərbaycana səfəri başlayır. Nümayəndə heyətinə Avropa Birliyinin hazırki sədri, İsveçin xarici işlər naziri Karl Bildt, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyi şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos, Avropa Komissiyasının təmsilçiləri Karel Kovanda və Con Kyaer də daxildir.

AB rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevlə, Xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək. Səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji, Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərə dair məsələlər müzakirə ediləcək.

Nümayəndə heyətinin səfəri iyulun 16-da Gürcüstandan başlayıb.

İyulun 20-də Azərbaycanın dövlət rəsmiləri ilə görüşlər apardıqdan sonra üçlük Ermənistana gedəcək.
XS
SM
MD
LG