Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:53

«8-ci kilometr» bazarında yanğın olub YENİLƏNİB


«8-ci kilometr» bazarı yanğından sonra
«8-ci kilometr» bazarı yanğından sonra
Bakı metropoliteninin «Xalqlar Dostluğu» stansiyasına yaxın Qara Qarayev prospektində yerləşən «8-ci kilometr» bazarında güclü yanğın olub.

Yanğın iyulun 18-də saat 22.30 radələrində bazarın tikinti materiallarının topdansatışı hissəsində başlayıb. Binanın içərisini və damını alov bürüyüb.

Yanğın bir neçə saat davam edib və yalnız gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələrinin köməyi ilə söndürülə bilinib. Yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb edilmişdi. Xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.

Şahidlərin bildirdiyinə görə, ilkin baxışdan ticarət sahəsinin 7-8 dükanının yandığını demək olar, amma yanğın söndürülən zaman çoxlu sayda mağaza və digər iaşə obyektləri qalın su qatının altında qalıb, zərər görüblər.

Binanın ən çox zərər dəyən hissəsi yuxarı mərtəbəsində yerləşən anbar olub. Dükan sahiblərinin öz qənaətincə gecə saatlarında yanğın elektrik naqillərinin qısa qapanma səbəbindən baş verə bilərdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG