Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:40

Övladı içən valideyləri cərimələyəcəklər


İtaliyanın Milan şəhərində tətbiq olunan yeni qaydalara görə, yaşı 16-dan aşağı olan övladları alkoqollu içki içən, alan, hətta saxlayan valideynlər 450 avro cərimə ediləcəklər.

Şəhər şurası qərarın lehinə səs verib.

Şəhər meri Letiziya Moratti deyib ki, yeniyetmələri alkoqolizmdən qorumaq lazımdır, çünki 11-16 yaşlı yeniyetmələrin 3-də birinin alkoqolla bağlı problemi olub.

Yeni cərimə uşaqlara alkoqollu içki satanlara da şamil ediləcək.
XS
SM
MD
LG