Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 11:57

Amerika ordusu təyyarə itirib

Amerika ordusu Əfqanıstanın şərqində bir təyyarə itirib. F-15E qırıcı təyyarəsinin iki pilotu həlak olub.

Amerika ordusunun bununla bağlı məlumatında deyilir ki, təyyarə vurulmayıb. Hadisənin səbəbləri araşdırılır.

Amerika qüvvələri təyyarənin düşdüyü yeri dərhal nəzarətə götürüblər.

2001-ci ildən bəri Əfqanıstandakı Taliban yaraqlıların koalisiya qüvvələrinin bir neçə vertolyotunu vurublar.

Amma onların müasir qırıcı təyyarələri vurmaq iqtidarında olmaları haqda məlumat yoxdur.
XS
SM
MD
LG