Keçid linkləri

2024, 25 İyun, çərşənbə axşamı, Bakı vaxtı 15:57

Gürcüstanda da donuz qripi tapıdı


Gürcüstanda da H1N1 (donuz qripi) xəstəliyi tapılıb. Xəstəlik bu yaxınlarda Britaniyadan qayıdan Gürcüstan vətəndaşında aşkar edilib.

Gürcüstanın Səhiyyə Nazirliyindən deyiblər ki, xəstəlik erkən mərhələdə aşkar edilib və xəstənin həyatına təhlükə yoxdur. (Röters)

Dünya Səhiyyə Təşkilatı xəstəliyin artıq dünyada epidemiyaya çevrildiyini bildirib. Britaniya H1N1-in ən çox yayıldığı ölkələrdəndir.

Dünya üzrə bu xəstəliyə tutulanların sayı 130 mini keçib. Xəstəlikdən 900-ə qədər inasanın öldüyü bildirilir.
XS
SM
MD
LG