Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:13

Moskvada açıq qalan məsələlərin müzakirəsi davam etdirilib


«Prezidentlərin görüşü konstruktiv keçib»
«Prezidentlərin görüşü konstruktiv keçib»
«Rusiya, Ermənistan və Azərbaycan prezidentləri - Dmitri Medvedev, Serj Sarkisyan və İlham Əliyevin Moskvadakı görüşü konstruktiv keçib».

Bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib:

«Danışıqlarda bir sıra açıq qalan məsələlərin müzakirəsi davam etdirilib. Dmitri Medvedev bildirib ki, Minsk Qrupunun həmsədri kimi, Rusiya Qarabağ münaqişəsinin hər iki tərəf üçün məqbul həllinin tapılmasında bundan sonra da səylərini davam etdirməyə hazırdır».

Prezidentlərin sayca dördüncü görüşü iyulun 18-də Moskdavadı restoranlardan birində baş tutub. Görüşdən öncə onlar Rusiya Prezidentinin mükafatı uğrunda at yarışında iştirak ediblər.

İyunun 17-də isə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü olub.

POLİTOLOQLARIN MÖVQEYİ

Zərdüşt Əlizadə:

Zərdüşt Əlizadə
«Gördüyünüz kimi, heç bir rəsmi sənəd imzalanmadı, hətta yaxınlaşmanın nədən ibarət olması barədə də bir məlumat verilmədi. Görünür, referendumun müddəti, kimin səsvermədə iştirak edəcəyi – bu məsələlər razılaşdırılmayıb. Azərbaycanın təbii ki, bu məsələlərdə Ermənistanın istədiyi kimi güzəştə getməsi qeyri-mümkündür. Ermənistan üçün də Qarabağın müstəqilliyindən geri çəkilmək, ciddi zəmanət almadan rayonları boşaltmaq mümkün deyil. Mən hesab edirəm ki, Rusiya və Qərb özlərindən tam asılı olan Ermənistanı gerçəkliyə uyğunlaşdıra bilməsələr, müharibə təhlükəsi bir-iki ildən sonra çox ciddi olacaq. Yalnız təzyiq olarsa, bu ilin sonunda münaqişənin həllində irəliləyiş baş verə bilər».

Ərəstun Oruclu:

Ərəstun Oruclu
«Qarabağ münaqişəsinin həlli modeli tapılmayınca, bu cür görüşlərin yalnız bir pozitiv cəhəti olacaq – münaqişə döyüş fazasına keçməyəcək. Son müzakirələr də göstərir ki, Qarabağ münaqişəsinin həlli modeli hələ tapılmayıb. Təklif olunan modellər də ya bu, ya digər tərəfi qane etmir və ümumiyyətlə, bugünkü gündə belə bir modelin tapılacağına ümid yoxdur. Ona görə həm tərəflər, həm vasitəçilər görüşdən sonra növbətçi, ümumi ifadələrlə kifayətlənirlər. Bu ifadələri artıq 10 ildir ki, eşidirk. Bundan sonrakı görüşlərin də bu cür nəticələnəcəyi şübhə doğurmur. Mövqelər bir-birinə zidd olduğundan yaxın zamanda da irəliləyiş gözləmək mümkün deyil».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG