Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Professorlar tələbələrinin xuliqanlığına inanmırlar


Riçmond Universitetinin professor və rəhbər heyətinin 17 üzvü Azərbaycan prezidentinə məktub yazıb, bu Universitetin məzunu Adnan Hacızadənin döyülərək həbs olunması məsələsinə müdaxilə etməsini istəyiblər.

Riçmond Universitetini 2005-ci ildə bitirən Adnan Hacızadə və digər gənc fəal Emin Milli iyulun 8-də tanımadıqları iki şəxsin hücumuna məruz qaldıqları haqda məlumat verdikdən sonra xuliqanlıqda ittiham olunublar.

Məktubu imzalayanlar arasında Hacızadənin dərəcə aldığı Siyasi elmlər fakültəsinin müdiri Vinsent Vanq da var.

Vanqın dediyinə görə, o, Riçmond Universitetinin keçmiş türk professorundan məlumat alıb ki, aşağı instansiya məhkəməsi gəncləri həbs edib, apellyasiya şikayətinin dinlənilməsi isə təxirə salınıb.

Azərbaycan prezidentinə məktubda sonra qeyd edilir: «A.Hacızadə Riçmond Universitetində tam təqaüd ilə oxuyub. Bu, onun ölkəsinin gələcəyi üçün dəyərli insan olduğunun göstəricisidir. A.Hacızadənin keçmiş müəllimləri olaraq, onun burada necə tələbə olduğunu sevgi ilə xatırlayırıq».

Müraciət eyni zamanda Senator Сim Vebb (Virciniya) və Erik Kantora göndərilib.

Məktublarda deyilir ki, professorlar Azərbaycan vətəndaşı olan A.Hacızadəni qeyri-adi nəzakətə sahib bir centlmen kimi xatırlayırlar. Onun «xuliqanlıq» etməsini təsəvvür belə etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG