Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 07:03

Əfqanıstanda azı 12 adam ölüb

Əfqanıstanın cənubunda baş vermiş partlayışlarda azı 12 adam ölüb.

Qəndəhar polisinin verdiyi məlumata görə Pakistan sərhəddinin yaxınlığında yolda minanın partlaması nəticəsində 11 adam ölüb.

Onlardan 5-i uşaqdır.

Helmand əyalətində minanın partlaması nəticəsində isə bir Britaniya əsgəri ölüb.

Son 2 həftə ərzində Əfqanıstanda 16 Britaniya əsgəri həlak olub.
XS
SM
MD
LG