İndoneziyanın paytaxtı Cakartada törədilmiş partlayışlarda intiharçılar da daxil olmaqla azı 8 adam ölüb.
Partlayış iki mehmanxanada törədilib.
İndoneziya səhiyyə nazirliyinin məlumatına görə ölənlərdən ikisi Avstraliya, biri Yeni Zelandiya, biri Sinqapur biri isə İndoneziya vətəndaşıdır.
Qalan bir nəfərin şəxsiyyəti hələlik dəqiqləşdirilməyib.
Birləşmiş Ştatlar, Avropa Birliyi, Avstraliya, BMT və İslam Konfransı Təşkilatı bu terror aktlarını pisləyiblər.
Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Amma yerli hakimiyyət hesab edir ki, bunun arxasında Cemaa İslamiyyə qrupu durur.