Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:23

Kanalizasiya quyusu 3 nəfərin ölümünə səbəb oldu


İyulun 18-i səhər Gəncənin Qoqol küçəsinin 3 nəfər sakini kanalizasiya quyusunda boğularaq ölüb. Onlar çirkab sularının axıdılması üçün istifadə olunan quyunu təmizləmək istəyirmişlər.

Məlumatı Gəncə şəhər prokurorunun baş köməkçisi İbrahim Həsənov verib.

Məlumata görə, 14 yaşlı Nadir Xəlilov ilk olaraq quyuya enib. Onun boğulduğunu görən atası - 44 yaşlı Mirzə Xəlilov da onu xilas etmək üçün quyuya enib və orada qalıb. Ata və oğulun quyuda boğulduğunu görən qonşu Vəzir Vəliyev onları xilas etmək üçün dərinliyi 4 metrdən çox olan quyuya enib və o, da boğulub.

Təxminən 40 dəqiqədən sonra Qoqol küçəsinin sakinləri və polis boğulan hər üç nəfəri ordan çıxarıb. Zərərçəkənlər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyev deyir ki, quyu idarəyə aid deyil, onu sakinlər fərdi qaydada qazıblar.

Hazırda prokurorluq və Polis İdarəsi məsələni araşdırır.
XS
SM
MD
LG