Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Avropa Obamanı ABŞ-ın əvvəlki planlarından əl çəkməməyə çağırır


Polşanın baş naziri və prezidenti Avropa Liderlərinin ABŞ prezidentinə müraciətini müdafiə edir.

Dünən yayılan məktubda həmin liderlər Barak Obamaya müraciət edirdilər ki, Rusiya ilə yaxşı siyasət naminə onların ölkələrinin maraqlarından imtina etməsin. Müraciəti Çexiyanın keçmiş prezidenti də daxil olmaqla 20 nüfuzlu şəxs imzalayıb.

Müəlliflər həmçinin Obamanı çağırırlar ki, Rusiyanın hədələrinə görə Avropanın təhlükəsizliyi ilə bağlı planlardan əl çəkməsin.

Bu gün Polşanın prezidenti Lex Kaçinski və baş naziri Donald Tusk da həmin fikirləri bölüşdüklərini deyiblər.
XS
SM
MD
LG