Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:51

Keçmiş prezident İranda siyasi məhbusları azad etməyə çağırır


İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncani bildirirb ki, iranlıların böyük bir qrupu sonuncu prezident seçkisinə şübhə ilə yanaşır. Ona görə də bu barədə nəsə etmək lazımdır.

Rəfsəncani Tehran Universitetində bu gün cümə namazı zamanı ibadət edənlərə deyib ki, ölkədəki siyasi böhranın həlli üçün seçkidən sonra baş verən etiraz aksiyalarında tutulanlar azad edilməlidir.

Rəfsəncaninin çıxışını dinləmək üçün minlərlə adam Universitetin ətrafına toplaşıb.

Prezidentliyə namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də ibadət edənlərin arasında olub.

Otən ayın əvvəlində keçirilən seçkidə rəsmi məlumata görə Mahmud Əhmədinejad ikinci dəfə prezident seçilib.

Seçkinin saxtalaşdırıldığını deyən Musəvinin tərəfdarları ilə hökumət qüvvələri arasında 20-ə yaxın adam öldürlümüşdü.
XS
SM
MD
LG