Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:43

Kadırov “Memorial”ı məhkəməyə verir


Çeçenistanın prezidenti Ramzan Kadırov Rusiyanın “Memorial” insan haqları qrupunu məhkəməyə verməyə hazırlaşır. Prezident iddia edir ki, onun insan haqları fəalı Natalya Estemirovanın qətlində əli olması barədə məlumat verməklə "Memorial" onu təhqir edir.

Bir neçə gün əvvəl Rusiyanın tanınmış hüquq müdafiəçisi Natalya Estemirova Qroznıda oğurlanmış, sonra da onun meyidi qonşi İnquşetiyada tapılmışdı. Memorial Qrupunun rəhbəri Oleq Orlov bu qətlə görə prezident Kadırovu ittiham edirdi.

Ramzan Kadırovun internet səhifəsində yayılan məlumatda deyilir ki, bu qeyri-etik və təhqiredici iddiadır.
XS
SM
MD
LG