Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:06

«Bakı» «Ekranas»ı keçə bilsə, «Levski» ilə qarşılaşacaq


İsveçrənin Nyon şəhərində 2009-2010 Çempionlar Liqasının 3-cü seçmə mərhələsinin püşkü atılıb.

Azərbaycan çempionu «Bakı» cavab oyunda Litva «Ekranas»ını keçə bilsə, 3-cü mərhələdə «Levski» (Bolqarıstan) – «San-Xulia» (Andorra) cütünün qalibi ilə qarşılaşacaq.

Qrup məhələsinə keçmək imkanını verən mərhələnin ilk oyunları iyulun 28-29-u, cavab oyunları isə avqustun 4-5-i keçiriləcək.

2-ci mərhələnin ilk oyunlarında Bakı «Ekranas»la 2:2-lik bərabərliyə qalıb, «Levski» isə «San-Xulia»nı 4:0 hesabı ilə məğlub edib.
XS
SM
MD
LG