Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:36

«Biz keçid ballarını aşağı saldıq ki, müsabiqə şəraiti yaransın»


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
«Müsabiqəyə buraxılış şərtlərini müəyyən edəndə abituriyentlərin bilik səviyyəsini və təqdim olunan plan yerlərini nəzərə alırıq. Üçüncü qrupda 350, ikinci qrupda 300 bal toplayan abituriyentlərin sayı az oldu. Ona görə də biz hər qrupda keçid ballarını 50 bal aşağı salmağa məcbur olduq ki, heç olmasa müsabiqə şəraiti yaransın. Bu o demək deyil ki, hansısa nüfuzlu fakültələrdə keçid balları aşağı düşəcək. Çünki yenə də həmin fakültələrə ən yüksək nəticə göstərən abituriyentlər qəbul ola biləcəklər».

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyir. Onun sözlərinə görə, keçid balları aşağı salınanda regionlardakı universitetlər və özəl ali məktəblər də nəzərə alınıb:

«Onlar aşağı bal toplayan uşaqları da qəbul etməyə hazırdırlar. İndiyə qədər heç bir ali məktəb TQDK-ya müraciət etməyib ki, aşağı bal toplayan abituriyentlər onların müsabiqəsinə buraxılmasın. Əksinə, istəyirlər ki, keçid balları mümkün qədər aşağı olsun, plan yerləri boş qalmasın. Biz istəmirik ki, sonradan özəl ali məktəblər bununla bağlı özbaşınalıq etsin. Ona görə də 200 balla da uşaqları müsabiqəyə buraxmağa hazırıq. Əslində isə orta məktəb proqramının heç olmasa 50 faizini mənimsəyən şagirdlər imtahan zamanı ən azı 350 bal toplamalıydı».

«Azadlıq» radiosunun «Belə tələbələrin ali məktəblərə qəbul edilməsi ölkədə aşağı səviyyəli kadrların artmasına səbəb ola bilərmi» sualına cavab verən M.Abbaszadə bildirib ki, burada bütün məsələlər təhsil sisteminin üzərinə düşür:

«Hətta 200 bal toplayan abituriyentdən də yaxşı kadr hazırlanması mümkündür. Elə tələbələr var ki, 600 balla ali məktəbə daxil olur, sonradan təhsilə bütün marağı ölür. Təəssüf ki, əmək bazarında yetərincə vakant yerlər olmasına baxmayaraq, ali məktəbi bitirən işsizlərin də sayı çoxdur. İşə qəbul zamanı bəlli olur ki, onlar təqdim olunan işin öhdəsindən gələ bilmirlər. Bu, çox paradoksal durumdur. Bu problemlə bağlı ciddi araşdırmalar aparılmalıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG