Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 05:34

Cakartada partlayışlar. Ölənlər var


2003-cü ildə də «Mariott» otelində partlayış olmuşdu, həmin vaxt 12 nəfər ölmüşdü
2003-cü ildə də «Mariott» otelində partlayış olmuşdu, həmin vaxt 12 nəfər ölmüşdü
Paytaxt Cakartada oteldə partlayışlar zamanı 9 nəfər ölüb, 50 yaralı var. Bu barədə İndoneziyanın təhlükəsizlik naziri məlumat verib.

Nazir ölənlər arasında Yeni Zelandiyadan da bir nəfərin olduğunu deyib.

Daha 13 əcnəbi «Ritz-Carlton» və «Mariott» otelində partlayış zamanı xəsarət alıb.

Terror aktlarının hansı təşkilat tərəfindən törədildiyi məlum deyil. Terror aktları ilə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

«Mariott» otelində 2003-cü ildə də partlayış olmuşdu, həmin vaxt 12 nəfər ölmüş, 150 nəfər yaralanmışdı.
XS
SM
MD
LG