Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Keçmiş baş nazirin 2 milyard dolları müsadirə oluna bilər


Tailandın keçmiş baş naziri Taksin Şinavatra Ali Məhkəməyə məktub yazıb ki, onun 2 milyard 200 milyon dollarlıq ailə əmlakını müsadirə etməyə qoymayacaq.
Vaxtilə ölkənin telekommunikasiya oliqarxı olan keçmiş baş nazirin pulları 2006-cı il hərbi çevrilişindən sonra dondurulub.
Bu gün Ali Məhkəmədə pulların taleyi ilə bağlı məhkəmə işi başlanıb.
Qiyabi olaraq iki il həbs cəzası almış Şinavatra yazır ki, hərbi xunta ona qarşı korrupsiya ittihamları irəli sürüb ki, öz hakimiyyətini xalqın gözündə ədalətli göstərsin.
XS
SM
MD
LG