Azərbaycan və Türkmənistan Xəzər dənizinin dibini bölünməsi üzrə danışıqlara başlayıblar.
Azərbaycanın və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Toylu Komekov Bakıda bağlı qapılar arxasında danışıqlar aparırlar.
Danışıqlar iki gün çəkəcək.
Azərbaycan və Türkmənistanın Xəzərdə ərazi mübahisəsi var. Bütün problem orta xətti necə müəyyən etmək ətrafındadır.
Türkmənbaşı dövründə danışıqlar dayanmışdı. Yeni Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov hakimiyyətə gələndən sonra aktiv danışıqlar başlandı.