İranın dövlət mediasının verdiyi məlumata görə ölkənin şimalında içində 150 sərnişin olan təyyarə qəzaya uğrayıb. Sərnişinlərin öldüyü güman edilir.
İran dövlət televiziyasının verdiyi məlumata görə «Caspian» hava yolları şirkətinə məxsus təyyarə Tehrandan Yerevana uçurmuş. Hadisə Qəzvin şəhərində baş verib.
Qəzvin şəhərinin fövqəladə xidmət agentliyinin direktoru Hüseyn Bahzadpur deyib ki, təyyarə tamamən dağılıb və dağıntıları alov içində olub. Onun ehtimalına görə heç kəs sağ qalmayıb.