İyulun 15-də ATƏT-in baş katibi Mark Perren de Brişambo Azərbaycana gəlir. Səfərin əsas məqsədi ATƏT-in Azərbaycanla əməkdaşlığının hazırkı vəziyyətinin öyrənmək, görüşlər çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaqdır.
Bu barədə «Azadlıq» radiosuna ATƏT-in Bakı ofisinin mətbuat və informasiya xidmətindən Rəşad Hüseynov məlumat verib.
İyulun 16-dan etibarən Mark Perren de Brişambonun rəsmi görüşləri başlayacaq. O, dövlət başçısı, İqtisadi İnkişaf, Daxili İşlər, Ədliyyə nazirliklərində, Baş Prokurorluqda və parlament təmsilçiləri ilə görüşəcək.
Mark Perren de Brişambo iyulun 17-dək Azərbaycanda olacaq. İyulun 17-də səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək.