Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Avropa İttifaqı Azərbaycana 20 milyon avro ayıracaq


Avropa İttifaqı Azərbaycanda aqrar-sənaye kompleksinin inkişafı üçün 20 milyon avro ayıracaqdır. Qurumun Bakıdakı nümayəndəliyinin məlumatında bildirilir ki, bu proqramın əsas məqsədi respublikada kənd təsərrüfatının və kəndin inkişafına kömək göstərilməsi hesabına Azərbaycan iqtisadiyyatının çoxvektorlu inkişafını təmin etməkdir. Bu yardım 2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq malları ilə davamlı təmin edilməsi üçün dövlət proqramında göstərilmiş məqsədlərlə bağlıdır.

Həmin məbləğin 14 milyon avrosu kənd təsərrüfatının dəstəklənməsi və kəndin inkişafı proqramına, qalanı isə Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin və fəaliyyət planı çərçivəsində Azərbaycanın idarəçilik potensialının artırılmasına sərf ediləcəkdir.
XS
SM
MD
LG