Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:10

Çeçen komandiri Sulim Yamadayevin qardaşı İsa təhlükədə olduğunu deyir


“ Vostok “ batalyonunun keçmiş komandiri Sulim Yamadayevin qardaşı İsa Yamadayev Rusiya prokurorluğunun yanındakı istintaq komitəsinə müraciət edərək onu mümkün təhlükələrdən qorumağı xahiş edib.

İnterfaks agentliyi Yamadayevlər ailəsinin dostuna istinadla xəbər verir ki,Yamadayevin ünvanına hədələr gəldiyinə görə o həyatından qorxur.

İsa Yamadayevin qardaşlarından biri Ruslan Yamadayev ötən il Moskvada öldürülüb.

Bu ilin martında isə Dubayda Sulim Yamadayevə qəsd olunub.

Rəsmi vüersiyalara görə o ölüb.

Amma qohumları onun sağ qaldığını və müalicə olunduğunu deyirlər.
XS
SM
MD
LG