Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Əfqanıstanda vertolyot qəzasında 7 adam ölüb


Əfqanıstanın Helmand əyalətində baş vermiş vertolyot qəzasında 7 adam ölüb.

Ölənlərin hamısı mülki şəxslərdi.

Onların 6-sı vertolyotda olanlar, biri isə vertolyot yerə düşərkən təsadüfən orda olan uşaq olub.

Qəzanın səbəbi hələlik bəlli deyil.

Taliban hərəkatının nümayəndəsi deyir ki, vertolyotu onlar vurub.

ABŞ və Britaniya qüvvələri Əfqanıstanın hökumət qoşunlarıyla birlikdə Helmand əyalətində talibançılara qarşı irimiqyaslı əməliyyatlar aparırlar.
XS
SM
MD
LG