Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Əfqanıstanda vertolyot qəzasında 6 adam ölüb


Əfqanıstanın Helmand əyalətində baş vermiş vertolyot qəzasında azı 6 adam ölüb.

NATO-nun sözçüsü ölənlərin hamısının mülki şəxslər olduğunu deyir.

Qəzanın səbəbi hələlik bəlli deyil.

Şahidlər vertolyotun göydə alışaraq yerə düşdüyünü deyirlər.

Taliban hərəkatının nümayəndəsi deyir ki, vertolyotu onlar vurub.

ABŞ və Britaniya qüvvələri Əfqanıstanın hökumət qoşunlarıyla birlikdə Helmand əyalətində talibançılara qarşı irimiqyaslı əməliyyatlar aparırlar.

XS
SM
MD
LG