Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Amerikanın hərbi gəmisi Batumi limanına yan alıb


Amerikanın hərbi gəmisi birgə hərbi təlim ərəfəsində Gürcüstanın Batumi limanına yan alıb. Gəmi raket vuran qurğu daşıyır.

Buna ötən ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstana dəstək kimi baxılır.

Qərbin etirazlarına baxmayaraq Rusiya bu müharibədən sonra Gürcüstanın separatçı bölgələri Abxaziyayla Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

Rusiya prezidenti Dimitri Medvedev dünən Cənubi Osetiyada səfərdə olub.

Gürcüstan rəsmiləri bunu fitnəkarlıq adlandırıb.

Bu günsə Abxaziyanın Qali şəhərində münaqişə zonasında gələcək mümkün insidentlərin nqarşısının alınması müzakirə olunur.
XS
SM
MD
LG