Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:44

Dünyada ən böyük günəş enerjisi təşəbbüsü


Günəş batareyaları quraşdırılacaq ki, burda əldə ediləcək enerji də Avropaya ötürüləcək
Günəş batareyaları quraşdırılacaq ki, burda əldə ediləcək enerji də Avropaya ötürüləcək
Almaniyanın bir neçə aparıcı şirkəti dünyada ən böyük günəş enerjisi təşəbbüsünü irəli sürüb. «Desertec» adlanan təşəbbüs Şimali Afrika səhrasındakı günəş enerjisindən Avropa üçün istifadəni nəzərdə tutur. Milyardlarla dollar tələb edən layihə onu qeyri-praktik adlandıran tənqidçilər və bu təşəbbüsün Avropanın elektrik enerjisi tələbatının 15 faizini ödəyəcəyini deyənlər arasında mübahisə yaradıb.

BÖYÜK SƏHRADA MİNLƏRLƏ GÜZGÜLƏR YERLƏŞDİRİLƏCƏK

İlk olaraq bu təşəbbüs qeyri-real görsənir. Layihəyə görə, Afrikada Böyük Səhrada minlərlə güzgülər yerləşdiriləcək və bu güzgülər günəş şüalarını yığacaq. Bundan başqa, günəş batareyaları quraşdırılacaq ki, burda əldə ediləcək enerji də Avropaya ötürüləcək.
Təşəbbüsçülər deyirlər ki, burada təəccüblü heç nə yoxdur. Onlar bildirirlər ki, layihə təsdiq olunmuş günəş texnologiyasına əsaslanır. Yüksək gərginliyi olan birbaşa ötürücü kabellər isə hər min kilometrdə yalnız 3 faiz elektrik enerjisi itirirlər.

Eyni prinsiplərdən istifadə edən elektrik enerjisi stansiyası 1980-cı ildən ABŞ-ın Mojave səhrasında fəaliyyət göstərir.

Bu təşəbbüs Avropanın enerji ehtiyatlarını müxtəlifləşdirmək, onun mədən yanacağından asılılığını azaltmaq və buxar qazının azaldılması üçün ciddi bir təklifdir.

«BU LAYİHƏ HƏYATA KEÇMƏYƏCƏK, ƏSASƏN DƏ MƏBLƏĞİNƏ GÖRƏ»

Təşəbbüsü irəli sürən Almaniyanın RWE, «Simens» və «E.On» şirkətləri Münhendə bir araya gəliblər. İlk görüşü dünyanın ən böyük təkrar sığorta şirkətlərindən olan «Munich Re» təşkil edib. «Munich Re» daha çox qlobal istiləşmənin azaldılmasında maraqlıdır. Çünki son illər yanğın və daşqın iddialarına görə, sığorta şirkətlərinə milyardlarla dollar ödətməli olublar.

«Desertec» layihəsi Avropa Birliyinin icraçı Komissiyası tərəfindən də dəstəklənir. «Munich Re»nin sözçüsü Aleksandr Mohanti bu layihəni gələcək üçün böyük bir arzu adlandırıb. Onun dediyinə görə, layihənin həyata keçəcəyinə inananlar xəyalpərvərlər deyil, onlar konkret nəticə gözləyirlər.

Tənqidçilər isə hesab edirlər ki, bu layihə həyata keçməyəcək, əsasən də məbləğinə görə.

Layihəyə 560 milyard dolların lazım olduğu bildirilir. Layihəni gerçək hesab etməyənlər deyirlər ki, bu məbləğ onu rəqabətli etməyəcək.

Tənqidçilərin sual etdikləri başqa bir məsələ də layihənin həyata keçirilməsi üçün müəyyənləşdirilən Məğrib regionunun siyasi sabitliyidir. «Desertec» layihəsi regiondakı ölkələr üçün şirnikləndirici hədəf ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG