Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:12

Çin səfirliyi qarşısında aksiya dağıldı


Iyulun 14-ü Müsavat partiyasının üzviləri Çində uyğurların qətliamına etiraz olaraq Çin səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərsə aksiyaları baş tutmayıb. Polis aksiyanı dağıdaraq 4 nəfəri polis bölməsinə aparıb. 1 nəfərə Çin səfirliyinə girərək qətnaməni təqdim etməyə icazə verilib.

Əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian regionunda gərginlik uzun müddət idi ki, mövcud idi. İyulun 5-i nümayişçilər yoldan ötənlərə hücum edib və maşınları yandırıblar.

Baş verən toqquşmalarda 184 nəfər ölüb. 1680-ə yaxın adam isə yaralanıb. Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub.

XS
SM
MD
LG