Rusiya Prezidenti Dmitri Medvedev bu gün Gürcüstanın separatçı bölgəsi olan Cənubi Osetiyayaya səfər eləyib və separatçıların lideri Eduard Kakoytı ilə görüşüb.
Rusiya mediasnın xəbərinə görə, Medvedev müdafiə sahəsində əməkdaşlığı genişləndirmək təşəbbüsü ilə çıxış eləyib, həmçinin Cənubi Osetiyanın iqtisadi və sosial durumunu düzəltmək üçün də bəzi layihələrin olacağını deyib.
Gürcüstanın Cənubi Osetiya və Abxaziya kimi separatçı regionları ötən ilin avqustundakı müharibədən sonra müstəqilliyini elan eləyib, Moskva da onları tanıyıb. Münaqişədən sonra Rusiya həmin bölgələrdə sərhədçi adı altında minlərlə əsgərini yerləşdirib.
Gürcüstan Rusiyanı işğalçı kimi tanıyır. Reintegrasiya naziri Timiru Yakobişvili Rusiya prezidentinin bugünkü səfərini “təxribat adlandırıb.