Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

İran İslam quruluşu daxildən parçalanır


Son seçkilər və sonrasında baş verənlər İran İslam Respublikası quruluşunun daxildən dağılmasına gətirib çıxara bilər. Rəsmən indiki prezident Mahmud Əhmədinejatın qalib elan edildiyi seçkidə 3-cü olan Mühavizəkarların namizədi Mohsün Rezai internet saytında belə deyib.

İnqilab Keşikşiləri Korpusunun keçmiş komandiri Rezai bəyanatında ölkə vətəndaşlarını milli birliyə çağırıb, deyib ki, "indiki vəziyyətin, narazılıqların davam eləməsi İranın daxildən parçalanması ilə nəticlənə bilər".

Seçkinin nəticələriylə razılaşmayan islahatçıların namizədləri Musəvi və Kərrubinin tərəfdarlarıyla hökumət qoşunları arasında toqquşmalarda ölənlər, həbs edilənlər olmuşdu. Ötən həftə müxalifət yenidən aksiyalara cəhd eləyib.
XS
SM
MD
LG