Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:20

Nabukkonun tikintisi ilə bağlı saziş imzalandı


Ankarada Nabukko qaz kəmərinin tikintisi ilə bağlı dövlətlərarası saziş imzalandı. Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriya 7 il ərzində bu layihə üzərində işləyiblər. Bu layihədə potensila təchizatçı kimi İran, İraq, Qazaxıstan, Türkmənistan və Misir də nəzərdə tutulub.

Hələlik təchizatçı kimi razılıq ifadə edib-ildə 15 milyon kubmetr. Bu da qaz kəmərinin işləməsi üçün lazım olan minimal həddir.

Kəmərin tikintisinin 2014-cü ildə başa çatacağı gözlənilir.

Nabukko kəmərinin Xəzər və Yaxın Şəqrdən qaz almaqla Avropanın Rusiyadan asılılığını azaldacağı hesab olunur. Bu ilin əvvəli Rusiya və Ukrayna arasında təbii qazla bağlı mübahisə yarandıqdan sonra bu layihəyə diqqət daha da artıb.

Türkiyə, Avstriya, Bolqarıstan, Rumıniya və Macarıstan baş nazirlərinin neft kəmərinin onların ərazisindən keçməsinə icazə ilə bağlı hökumətlərarası sənədi imzalayıblar. Neft kəməri alman firması da daxil olmaqla özəl konsorsium tərəfindən tikiləcək.
XS
SM
MD
LG