Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 12:03

İranda həbs edilən jurnalistlərin sayı 41 oldu


Sərhədsiz Reportyorlar təşkilatı bəyan edib ki, İranda daha 5 jurnalist həbs olunub və beləliklə də prezident seçkisindən sonra həbsə atılan jurnalsitlərin sayı 41-ə çatıb. Qurumun məlumatına görə Məcid Səidi və Tohid Bigi keçən həftə sonu həbs olunublar. Bloqqer Hengameh Şahidi iyunun 29-u, qadın journalist Səmayə Nosrati isə iyunun 21-i saxlanıblar.

Jurnalistlərin hansı həbsxanaya salındıqları məlum deyil və onların ailələrinə də bu haqda məlumat verilmir.
XS
SM
MD
LG