Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Yaponiyanın baş nazirinə istefa tələbləri səslənə bilər


Bü gün Yaponiyada bələdiyyə seçkiləri keçirilir. Seçki Yaponiyanın çətin vəziyyətdə olan Baş naziri Taro Aso üçün sınaq hesab olunur. Çünki ilin sonunda da ümummili seçkilər olmalıdır.

Artıq Asonun Liberal Demokrat partiyası apreldə keçirilmiş seçkidə dörd regionda müxalifətdə olan Yaponiyanın Demokrat Partiyasına məğlub olub.

Əgər hakim partiya bugünkü seçkidə 127 nəfərlik Tokyo Assambleyasına seçkini uduzsa, baş nazirin istefası tələbləri səslənə bilər. Onun partiyası 50 ildən çoxdur ki, milli səviyyədə hakimiyyətdədir.
XS
SM
MD
LG