Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Iranda inəyi klonlaşdırıblar


İran alimləri Yaxın Şərqdə ilk dəfə inyəi klonlaşdıra bildiklərini iddia edirlər. Assosiated press agentliyinin məlumatına görə, klonlaşdırılmış inək dünən İsfahanda doğulub. Ona Bonyana adı veriblər.

Bu barədə İranın Royan Araşdırmalar İnstitutunun rəhbəri Məhəmməd Hüseyn Nasir məlumat verib. Onun dediyinə görə bundan əvvəlki iki klonlaşdırma cəhdi uğursuz olub.

Alim bildirib ki, heyvanların klonlaşdırılması insan üzərində tibbi araşdırmalarda da istifadə edilə biləcək.

Iran 2006-cı ildə qoyunu, bir qədər sonra isə keçini klonlaşdırdığını elan etmişdi.

İranın şiə müsəlman liderləri heyvanların klonlaşdırılmasına icazə verib. Amma insanın klonlaşdılmasını qəti qadağan edib.
XS
SM
MD
LG