Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

İldırıma görə NASA raketi buraxa bilmir


ABŞ-ın komsik agentliyi NASA Floridada şimşək çaxması və fırtına üzündən raketi fəzaya buraxmağı təxirə salır.

Raketin buraxılması iyulun 11-i axşama planlaşdırılmışdı. Əlverişsiz hava şəraitinə görə raketin buraxılması bu gün gecəyə nəzərdə tutulur.

İyun ayında da bu raketin buraxılması iki dəfə təxirə salınmışdı. O zaman raketdə hidrogen sızması aşkar edilmişdi.

Bu raketdə fəzaya qalxan yeddi nəfərlik heyət 16 gün ərzində Yaponiyanın bir milyard dollarlıq stansiyasında üçüncü və sonuncu hissələri quraşdırmalıdırlar.
XS
SM
MD
LG