Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:45

Urumçidə neft çəni partlayıb


Urumçidə kimyəvi zavodda neft çəni partlayıb. Dövlət televiziyası bu gün baş verən hadisədə itki olmadığını bildirir.

Qərb mediasının məlumatına görə, bu hadisə ilə Urumçidəki etnik toqquşmalar arasında heç bir əlaqə yoxdur. Amma hələlik partlayışın səbəbləri haqqında məlumat verilmir.

Keçən bazar günü Urumçidə xan çinlilərlə uyğur türkləri arasında qarşıdurmada rəsmi məlumata görə 184 adam həlak olub. Amma insan haqları fəalları ölənlərin sayının daha çox olduğunu bildirirlər.
XS
SM
MD
LG