Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:04

Britaniya Əfqanıstanda İraqdan daha çox itki verib


Britaniyanın baş naziri Qordon Braun Əfqanıstanda itkilərinin çoxlamasına baxmayaraq, ölkəsinin buradakı yeni hərbi strategiyasını müdafiə edir.

Ötən həftə 24 saat ərzində Britaniya Əfqanıstanda səkkiz əsgər itirmişdi. Bununla da Britaniyanın Əfqanıstanda itkilərinin sayı 184 nəfərə çatır.

Bütün İraq müharibəsi dövründə isə Britaniyanın itkisi 179 nəfər olub.

Braun ordunun Əfqanıstandakı məqsədinin Britaniya küçələrində terrorizmin önlənməsi olduğunu deyir.

XS
SM
MD
LG