Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:51

Ceyms Steynberq prezidentlərin görüşünə ümidlə baxır


«ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Əfqanıstanda göstərilən dəstəyi yüksək qiymətləndirir». Bunu ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq deyib.

Amerikalı rəsmi bildirib ki, Qarabağ nizamlanması məsələsi onun missiyasının mühüm hissəsidir və son dövrlərdə danışıqlarda hiss ediləcək dərəcədə irəliləyiş əldə edilib.

«Biz iki ölkə prezidentinin qarşıda duran Moskva görüşündə növbəti uğurların əldə ediləcəyinə ümid edirik və mən bu mövzunun müzakirəsini Yerevanda davam etdirəcəyəm».

C. Steynberq eyni zamanda ABŞ-ın «Nabukko» layihəsini dəstəklədiyini və Azərbaycan qazının Rusiyaya ixracını normal qəbul elədiyini deyib. «Biz Rusiyanı qaz ixracatı sistemindən xaric etməyin əleyhinəyik və qaz ixracında çoxistiqamətli marşrutların tərəfdarıyıq».

ABŞ-ın bu layihədə iştirakının mümkünlüyünə gəlincə, o deyib ki, bu məsələ açıq olaraq qalmaqdadır və ekspertlər ABŞ-ın «Nabukko»nu maliyyələşdirməsi və ya layihədə digər iştirakının mümkünlüyünü öyrənir.

XS
SM
MD
LG