Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:46

Çində bir neçə məscidi açıblar


Çinin Sinzian əyalətində bir neçə məscid cümə ibadəti üçün açılıb.

Çin hökuməti Sinzian əyalətində məscidlərin cümə ibadəti üçün bağlanması tapşırığı vermişdi. Əyalət paytaxtı Urumçidən verilən məlumata görə məsciddə ibadət dayandırılıb və uyğur müsəlmanlarına evdə ibadət etmə deyilib.

Əyalət paytaxtı Urumçidə bir neçə məscidin ətrafında izdiham yarandıqdan və ibadət üçün məscidin açılması tələb olunduqdan sonra məscidlər açılıb.

İyulun 9-u Çin hökuməti əyalətdə iğtişaş törətməkdə əli olanlara qarşı sərt cəza tədbirləri görüləcəyini demişdi.

Əsasən müsəlman uyğurların məskunlaşdığı regionda gərginlik uzun müddət idi ki, mövcud idi. İyulun 5-i nümayişçilər yoldan ötənlərə hücum edib və maşınları yandırıblar. Əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian rayonunda baş verən toqquşmalarda 156 nəfər ölüb. 1000-ə yaxın adam isə yaralanıb. Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub.

Çin rəsmilərinin verdiyi məlumata görə hadisələri uyğur ekstremistləri törədiblər.


XS
SM
MD
LG