Çin hökuməti Sinzian əyalətində məscidlərin cümə ibadəti üçün bağlanması tapşırığı verib.
Əyalət paytaxtı Urumçidən verilən məlumata görə məsciddə ibadət dayandırılıb və uyğur müsəlmanlarına evdə ibadət etmə deyilib.
İyulun 9-u Çin hökuməti əyalətdə iğtişaş törətməkdə əli olanlara qarşı sərt cəza tədbirləri görüləcəyini demişdi.
Çinin Sinzian əyalətinin mərkəzi Urumçidə qarışıqlıq davam edir. Müşahidəçilər bunun səbəbinin Çin hökumətinin həmin regionda yaşayan müsəlman uyğurların hüquqlarını pozması olduğunu deyirlər.
Əsasən müsəlman uyğurların məskunlaşdığı regionda gərginlik uzun müddət idi ki, mövcud idi. İyulun 5-i nümayişçilər yoldan ötənlərə hücum edib və maşınları yandırıblar. Əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian rayonunda baş verən toqquşmalarda 156 nəfər ölüb. 1000-ə yaxın adam isə yaralanıb. Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub.
Iyulun 6-i Sinzianın ikinci böyük şəhəri Qaşqarda da qarşıdurma olub.
Hazırda Sinzianın paytaxtı olan Urumçidə küçələri hərbi polis qüvvələri qoruyur. Şəhərdə mobil telefon şəbəkəsi və sosial internet şəbəkəsi olan Twitter-ə giriş bloklaşdırılıb.
Çin rəsmilərinin verdiyi məlumata görə hadisələri uyğur ekstremistləri törədiblər.