Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 20:09

Obama ən kasıb ölkələrə yardım planı hazırlayıb


BMT-nin ərzaq yardımı ilə məşğul olan agentliyi Amerika prezidenti Barak Obamanın yeni planını dəstəkləyib.

Planda dünyanın ən kasıb ölkələrində ərzaq istehsalını artırmaq nəzərdə tutulur. Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun rəhbəri Kanayi Nuanze deyib ki, bu təşəbbüs yardım siyasətində müsbət dəyişiklikdir.

Onun sözlərinə görə, yeni plan “yaranan problemləri həll eləmək yox, problemlərin yaranmasına imkan verməmək məqsədi daşıyır”. Nuanze Böyük Səkkizlik ölkələrinin İtaliyada keçirilən sammitində iştirak edir.

Dünya liderlərinin Obamanın yeni planını iyulun 10-da təsdiqləyəcəyi gözlənilir.

Plana görə, ən kasıb ölkələrə 15 milyard dollar sərmayə yatırılacaq ki, onlar daha çox ərzaq istehsal edə və özləri özlərini ərzaqla təmin edə bilsinlər.
XS
SM
MD
LG