ATƏT-in baş katibi Mark Perren de Brişambo iyulun 16-17-də Azərbaycanda səfərdə olacaq. «APA»nın xəbərinə görə, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov bildirib.
Səfərin əsas məqsədi ATƏT-in Azərbaycanla əməkdaşlığının hazırkı vəziyyətinin öyrənmək, görüşlər çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaqdır.
Səfir deyib ki, hazırda səfərin proqramı hazırlanır. ATƏT baş katibinin ATƏT-in Bakı ofisində, parlamentdə görüşləri nəzərdə tutulur.