Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:41

Rusiya Ümumdünya Ticarət Təşkilatına tək girməlidi


Rusiyanın Ümumdünya Ticarət Təşkilatına Belarus və Qazaxıstanla birgə kirmək təklifi mümkün deyil.

Bunu Birləşmiş Ştatların ticarət naziri Gary Locke deyib.

Onun sözlərinə görə təşkilata üzv olan ölkələrin əksəriyyəti belə düşünür.

Nazir eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanın təşkilata qəbul olunmasıyla bağlı onunla razılaşmaya yaxındır və ilin sonunadək belə bir sənəd imzalana bilər.

Rusiya bundan əvvəl Ümumdünya Tiçarət Təşkilatına Belarus və Qazaxıstanla birgə girməyi təklif etmişdi.
XS
SM
MD
LG