Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:07

İtaliyada böyük 8-lərin sammiti keçirilir


İtaliyanın LAQUİLA şəhərində böyük 8-lər ölkələrinin sammiti keçirilir.

Sammitin əsas mövzusu beynəlxalq iqtisadi böhran olacaq.

Roma papası 16-cı Benedikt liderləri beynəlxalq maliyə sistemində ciddi qaydalar tətbiq eləməyə çağırıb.

Sabah sammitə Braziliya, Hindistan və Çinin nümayəndələri də qatılacaq.

Bu ölkələrlə 8-liyə daxil olan Rusiya ABŞ dollarını əvəz edə biləcək yeni ehtiyyat valyutası yaratmağa çağırırlar.

Almaniya isə hesab edir ki, dollar hələlik beynəlxalq ehtiyyat valyutası olaraq qalacaq, amma yavaş-yavaş Çinin pul vahidi yuanla avronun da əhəmiyyəti artacaq.
XS
SM
MD
LG