Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:43

ABŞ İranı yeni sanksiyalarla hədələyir


Əgər İran nüvə proqramıyla bağlı danışıqlara getməsə, Birləşmiş Ştatların bu sahədə göstərdiyi cəhdlər fayda verməsə Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edilməsinə çalışacaq.

Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Venesuela televiziyasına müsahibəsində deyib.

Hillari Klonton qeyd edib ki, prezident seçkilərindən sonra İranda baş verən hadisələr, hakimiyyətin nümayişləri dağıtması işi daha da qəlizləşdirib.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə proqramı üzərində işləyir.

Tehransa nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu təkid edir.

İran uran zənginləşdirilməsi üzərində işi dayandırmaqdan imtina etdiyinə görə BMT ona qarşı bir sıra sanksiyalar tətbiq edib.
XS
SM
MD
LG