Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:24

Bəşşar əl-Əsəd kimdir?


Suriya prezidenti Bashar al-Assad-ın atası Hafis Assad-la portreti.
Suriya prezidenti Bashar al-Assad-ın atası Hafis Assad-la portreti.
-

Suriyada prezident Bashar al-Assad-ın rejiminin keçən həftə dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyinə dair məlumatlardan sonra ABŞ, Britaniya, Türkiyə və başqa Qərb ölkələri bu rejimə qarşı hərbi əməliyyatlar üçün BMT-nin qərar qəbul etməsinə çalışırlar.

Belə hərbi əməliyyatların hər an başlaya biləcəyi barədə dünya mediasında məlumatlar dolaşarkən prezident Bashar al-Assadın kimliyinə dair məlumatlar da aktuallıq qazanır.

Suriya prezidenti Bashar al-Assad 4 il əvvəl - ölkəsində kütləvi etiraz aksiyaları və ardınca da 100 mindən çox insanın ölümü ilə davam edən vətəndaş müharibəsindən iki il əvvəl - 2009-cu ilin iyulunda Bakıya səfər etmişdi. Onu həmin səfəri zamanı saytımızın izləyicilərinə tanıtmışdıq.

Bugünlər Bashar al-Assad-ın taleyinin müəyyən olunması üçün kritik zaman olduğunu nəzərə alıb 4 il əvvəl hazırladığımız həmin tanıtmanı yenidən təqdim edirik.



(Bəşər Əsədin fotoları mətnin sonunda)

Bəşşar əl-Əsəd
1965-ci ildə Dəməşqdə anadan olub.

1988-ci ildə Dəməşq Universitetinin Tibb fakültəsini bitirib.

1992-ci ildə Oftalmologiya üzrə təhsilini davam etdirmək üçün İngiltərəyə gedib, iki il sonra hakimiyyətin əsas varisi hesab olunan böyük qardaşı Basil əl-Əsəd avtomobil qəzasında həlak olanda təhsilini yarımçıq qoyaraq Dəməşqə qayıdıb.

2000-ci ildə atası, Suriya prezidenti Hafiz əl-Əsəd vəfat edəndən dərhal sonra onun yerinə prezident seçilib.

O, seçilərkən atasından fərqli olaraq 35 yaşlı prezidentin ölkədə liberal islahatlar aparacağına dair ümidlər vardı. Amma insan haqları qrupları son doqquz ildə ölkədə ciddi dəyişiklik olmadığını deyirlər.

Suriya Konstitusiyasına görə prezidentlik müddəti 7 ildir. 2007-ci ilin mayında rəsmi məlumata görə 97.62 % yenidən prezident seçilib. Konstitusiyada bir nəfərin neçə dəfə seçilə bilməsinə məhdudiyyət yoxdur.

2000-ci ildə Asma əl-Axras ilə ailə qurub. Üç övladı var. Böyük oğluna atasının adını qoyub - Hafiz.

Xanımı Əsma əl-Axras
1975-ci ildə Londonda doğulub. Anası Suriyanın Londondakı səfirliyində birinci katib vəzifəsində çalışıb.

Londonda kompyuter texnologiyaları sahəsində bakalavr diplomu alıb. Eyni zamanda kənd təsərrüfatı və bitexnologiyalar sahəsi üzrə ixtisaslaşıb.

2001-ci ildə Suriyada Kənd Təsərrüfatının Əlaqələndirilmiş İnkişafı Fondunu yaradıb. Uşaqların və qadınların hüquqları sahəsində də fəaliyyət göstərir.

Atası Hafiz əl-Əsəd
Əsəd ailəsi Suriyada azlıqda olan şiə müsəlmandır.

1963-cü ildə BƏƏS partiyası hakimiyyəti ələ alandan sonra Əsəd ailəsi hakimiyyət ierarxiyasındadır.

1970-ci ildə inqilabla general Hafiz Əsədin tərəfdarları hakimiyyət orqanlarına nəzarəti ələ alıblar.

Bir il sonra 1971-ci ildə prezident seçilən Hafiz Əsəd 2000-ci ilə qədər ölkəyə rəhbərlik edib.


FOTOLAR
Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd



Suriya küçələrində bir poster - Bəşşar, balaca Hafiz və baba Hafiz Əsədlər
Bəşşar əl-Əsəd atasının protretinin qarşısında
Əsəd ailəsi
Bəşşar əl-Əsəd uşağını gəzməyə şıxarıb
Prezident Əsəd ailəsi ilə
Mitinqçilər Bəşşar əl-Əsəd və onun atası Hafiz Əsədin portreti ilə.
President Bəşşar əl-Əsəd və xanımı Bakıda, 8 iyul 2009.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG