Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:49

Həmsədrlər Yerevandadı


Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər çərçivəsində Yerevana gediblər.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Səfərdə məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünə hazırlıq görməkdir.

Vasitəçilər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək, ordansa Bakıya gələcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü iyulun 17-18-nə nəzərdə tutulub.


XS
SM
MD
LG