««Azadlıq» və «Amerikanın səsi» radioları yeganə xarici radiolar deyil ki, Azərbaycanda fəaliyyəti məhdudlaşdırılıb». Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev belə hesab edir.
Onun sözlərinə görə, bu radiolardan əvvəl belə bir addım Azərbaycandakı Rusiya televiziyası və fransız radiosu ilə bağlı atılıb. Yaşar Əliyev burda qeyri-adi bir şey görmür. Onun sözlərinə görə, Azərbaycan hökuməti milli qanununu icra edib. Əksinə o Azərbaycanın Amerika radiolarına daha çox güzəşt edildiyini deyir:
«Əksinə, ABŞ radiostansiyalarına artıqlamasıyla hörmət edilib və məsələ son məqama qədər uzadılmışdı. İndi ikitərəfli danışıqlar gedir ki, necə olsun ki, hər iki tərəf danışıqların nəticəsindən bəhrələnsin».
Milli Teleradio Şurasının qərarı ilə 2009-cu ilin yanvarından «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının FM tezliyində fəaliyyəti dayandırılıb.