Suriya prezidenti Bəşər Əsəd iyulun 8-də Azərbaycana iki günlük səfərə gəlib. Səfər prezident İlham Əliyevin rəsmi dəvəti ilə baş tutub.
Suriya dövlətinin başçısını və xanımını hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Keçən ay Azərbaycan ticarət nümayəndələri Dəməşqə səfər edib və iki ölkə arasında iqtisadi və ticarət sahəsində münasibətləri inkişaf etdirmək məsələsini müzakirə ediblər.
Öz növbəsində Suriyanın xarici işlər naziri Valid-əl Muəlləm ötən ayın əvvəlində Azərbaycanda olub, prezident və digər rəsmi şəxslərlə görüşüb.